1 ... 33 34 35 36 37 38 39 40 ... 129

Yusif Aslanov - Yusif Aslanov

səhifə37/129
tarix05.10.2017
ölçüsü2.89 Kb.

Yusif Aslanov 


 
 
110 
etm
əyə çalışmışdır. Lakin bu əsərlər hələ gənc dramaturqa böyük 
s
ənət şöhrəti gətirə bilməmişdir. C.Cabbarlı böyük sovet dramatur-
qu kimi şərəfli ada “Od gəlini”, “Sevil”, “Almaz”, “1905-ci ildə” və 
s. əsərlərini yazmaqla çata bilmişdir. Təlim prosesində bu pyeslərin 
ideya-
məzmununa  dair  biliklərin  verilməsi  qarşıya  məqsəd 
qoyulmalıdır.  
Bu istiqamətdə məlumatdan sonra C.Cabbarlı yaradıcılığın-
da yeni, yüksək mərhələnin başlanğıcı olan və 1928-ci ildə tamam-
la
naraq Azərbaycan Dövlət Dram Teatrında böyük müvəffəqiyyətlə 
tama
şaya qoyulan “Sevil” pyesinin məzmunu və əsas məziyyətləri 
şərh edilməklə tədris filmi ekrana verilir. Dərs verilmiş biliyə uyğun 
olaraq müsahib
ə ilə yekunlaşdırılır.  
İkinci saat. “Sevil” pyesinin dərslikdə verilmiş mətni üzə-
rind
ə iş. Rollar üzrə dramatik oxu. Sinifdə səhnələşdirilmiş hissənin 
m
əzmununun müsahibə  ilə  dərinləşdirilməsi,  ayrı-ayrı  obrazların 
dilind
ə işlədilmiş çərtin söz və ifadələrin şərhi. Evə tapşırıq: əsərin 
bütövlükd
ə məzmununu öyrənmək, təhlil işinə hazırlıq.  
Pyesin m
əzmununun  şagirdlər tərəfindən və  nə  səviyyədə 
m
ənimsənildiyini müəyyənləşdirmək məqsədilə  əvvəlcədən 
hazırlanmış suallar üzrə müsahibə təşkil edilir:  
M.  –  Pyesin I p
ərdəsində  hansı  hadisələr öz əksini 
tapmışdır?  
Ş.  –  Birinci məclis Sevilin kədərli  mahnı  oxuması  ilə 
başlanır.  
M
əlum  olur  ki,  Sevil  Balaş  kimi  əxlaqsızın  evində  kölə 
v
əziyyətinə düşmüş, əzablı günlər keçirmişdir. Balaşın bacısı Gülüş 
Sevili 
bu qaranlıq mühitdən azad etməyə çalışır. Bu zaman Atakişi 
v
ə  Babakişi  daxil olurlar. Onlar əməyi sevmələrindən,  əməksiz 
yaşaya bilmədiklərindən ilhamla danışırlar. Balaşın gəlişi vəziyyəti 
tamail
ə  dəyişir.  O,  ailəyə  alçaq gözlə  baxır;  Dilbər  xanım  kimi 
meşşan  təbiətli,  pozğun  mənəviyyatlı  bir  qadını  evinə  dəvət edir. 
Atasının  danışığını,  geyimini  şəxsiyyətinə, mənliyinə  sığışdırmır. 
O, m
ənliyini, ləyaqətini, vicdanını itirmiş insandır.  

Ədəbi axtarışlar və tədris 


 
 
111 
M.  – 
Sevili  hüququnu  başa  düşməyə,  çadrasını  atmağa, 
azad yaşamağa kim yol göstərir?  
Ş. – Sevil hüquqsuzluq məngənəsində sıxılmış müti, lakin 
t
əvazökar bir qadındır. O, ərinin hər bir əmrini itaətlə yerinə yetirir 
v
ə “... ər ki, var, Allahın kölgəsidir” fikrini özünə amal hesab edir. 
Gülüş  Sevili  bu  ətalətdən  qurtarmağa  çalışır  və  deyir:  “Onun 
kölg
əsi” /Balaşa işarə edir – Y.Aslanov/ bu qara çadradır, o sənin 
başında durduqca sən yazıq olacaqsan”. 
M.  – 
Balaşın Sevilə, doğma atasına nankor olması əsərdə 
kimin dili il
ə ifşa edilir?  
Ş.  –  Cəfər  Cabbarlı  söz  sərrafıdır.  Dramaturq  Sabir 
bulağının  qaynaqlarından  su  içmiş,  tipi  öz  dili  ilə  ifşa  etməyi 
bacarmışdır:  “Bircə  yox, sən  ortadan  qapını  bağla,  heç  bu  tərəfə 
görünm
ə, kişi üçün də /Atasını nəzərdə tutur – Y.Aslanov/ bu dal 
otaqda yer sal, tez yatsın, çul-çuxası ilə həyətə - zada çıxar, biabır 
olarıq”.  
M. – P
ərdə hansı sonluqla bitir?  
Ş. – Pərdənin sonunda Balaşın ikrah doğuran hərəkətlərinin 
şahidi oluruq. Balaş atasına Azərbaycan dilində danışmağı qadağan 
edir, ona ölü paltarı geyindirir və s.  
II p
ərdənin məzmunu  ətrafındakı  iş  müsahibə  üsulu ilə 
davam etdirilir:  
M.  – 
Gülüşün  döyüşkənliyi və  sənəti  haqqında  nə  deyə 
bil
ərsiniz?  
Ş.  –  Gülüş  sərbəst,  azad,  insanlıq  ləyaqətini  başa  düşən, 
qardaşı  Balaşın  alçaq  hərəkətlərinə  üsyankar münasibət bəsləyən 
qadın kimi qarşımızda canlanır. Məlum olur ki, Gülüş müəllimədir, 
idmanı  sevir.  Şagird  kitabdan  oxuyur:  “Çox gözəl, Tabaq bəy 
/M
əmmədəlibəy nəzərdə tutulur – Y.Aslanov/ olsun, indi, ata, siz 
oturun, m
ən qonaqlar ilə məşğul olum. Mən bu gün parlaq imtahan 
verir
əm, özüm də  sportdan gəlirəm, çox sevincəm, bu gün sizə 
özüm qulluq ed
əcəyəm”.  
M. – 
İkinci məclisdə daha hansı hadisələrin şahidi oluruq?  

Yusif Aslanov 


 
 
112 
Ş. – Balaş öz qayınatası Babakişini yolçu, dilənçi adlandırıb 
evd
ən qovmaq istəyir. Atakişi öz oğluna “mən boğazımdan çörəyi 
k
əsib sənin  boğazına  dürtmüşəm”  –  deyir və  Balaşı  “nankor” 
adlandırır.  
M. – 
Gülüş atasını yeni həyata necə çağırır?  
Ş.  –  O,  qardaşının  evində  baş  vermiş  bədbəxtliyi görür. 
Ağlayır ki, inkişaf üçün geri deyil, irəliyə getmək lazımdır: “Həyat 
yolu uçurum üstünd
ə  çəkilmiş dar bir körpüdən keçir, geriyə  yol 
yox
dur. Qayıtmaq olmaz, yol ancaq irəliyədir”. 
M.  –  Hadis
ələrin  ən gərgin nöqtəsi  haqqında  nə  deyə 
bil
ərsiniz?  
Ş. – Dilbər xanım Balaşa: “... bu evdə səndən və məndən 
başqa kimsə olmamalıdır” - əmrini verir. Bununla da ailə səadətini 
itirmiş Balaş Sevili evdən qovmağa məcbur olur.  
D
ərslikdə III məclisin qısa məzmunu verilmişdir. Müəllim 
bu m
əclisin məzmununu özü şagirdlərə şərh edir. Belə ki, Gülüşün 
uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə məşğul olmasını, Sevi-
l
ə dərs verməsini, Sevilin Balaşın evinə gəlişinin səbəbini izah et-
m
əklə həmin məclisin məzmunu haqqında şagirdlərdə aydın təsəv-
vür  yaradır.  Üçüncü pərdədə  şagirdlərin  əxlaqına,  mənəviyyatına 
m
ənfi təsir göstərən hadisələr də  öz əksini  tapdığına  görə  həmin 
p
ərdə ətrafında müsahibə aparılması məqsədəuyğun deyildir.  
Pyesin IV m
əclisi ətrafında müsahibə davam etdirilir:  
M. – Sevild
ə hansı yeni keyfiyyətlər yaranmağa başlayır?  
Ş.  –  Sevil  ağıllı  və  dərrakəli  bir  qadın  kimi  gözümüz 
qarşısında canlanır. O, başa düşür ki, azad yaşamaq üçün həyatda 
mübariz olmaq lazımdır. Sevil çadrasını Balaşın üzünə çırpıb: “Qoç 
döyüşünə qoç dayanar, kəlləmi bərkitməyə gedirəm” – deyir.  
M. – Mövcud v
əziyyət Sevilin həyatında dönüş yaradır. O, 
“Az
ərbayacan qadınlığının azadlıq yolu” kitabını yazır. Sevil həmin 
kitabda  qadın  azadlığı  məsələsini necə  şərh edir? Kim həmin 
parçanı oxuya bilər?  
Ş. - /Kitabdan oxuyur/ “Qadının qəti azadlığı üçün yalnız 
çadrasını  atması  bəs  deyildir,  halbuki,  Avropa  qadınları  çadrasız 

:

Kitab -> 2013
2013 -> []
2013 -> Microsoft Word Kutsal quruculuq
2013 -> Ə. B. Nəcəfov
2013 -> Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor
2013 -> Kafedrasi


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


transfuzionna-2.html

transfuzionna-7.html

transfuzionnij-i.html

transgennie-rasteniya-kak.html

transilvania-furat.html