1 ... 12 13 14 15 16 17 18 19 ... 100

Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri - səhifə 16

səhifə16/100
tarix29.09.2017
ölçüsü4.66 Kb.

41
Müəllim uşaqlardan anatomiya elminin nədən bəhs etdiyini soruşur (dərslik, səh. 33, tap. 4)
və onların fikirlərini yeni məlumatlarla zənginləşdirir.

Söz ehtiyatı


“Fəda etmək” (qurban vermək) sözünün mənası açıqlanır. Dərsliyin 31-ci səhifəsindəki 1-ci
tapşırıq (cavab: “C” variantı) yerinə yetirilir. Mətnin 1-ci hissəsində işlənmiş “ürəyi gedirdi”
ifadəsinə diqqət yönəldilir. Bu ifadənin mənaları araşdırılır (çox istəmək və huşunu itirmək).
“Ürək” sözünü başqa birləşmələrdə məcazi mənada işlətmək tapşırılır (ürəyinə salmaq, ürəyi
düşmək, ürəyini sındırmaq, ürəyini boşaltmaq və s.).
Özünüifadə. Dərsliyin 35-ci səhifəsindəki “Şifahi nitq” rubrikasında verilmiş tapşırıqları yerinə
yetirmək üçün şagirdlər qruplara bölünürlər:

1-ci qrup 

(şairlik istedadı olanlar): – Təsəvvür edin ki, baş vermiş hadisədən sonra Bekki
Toma və ya Tom Bekkiyə şeirlə barışıq məktubu yazır. Belə bir məktubu yazıb təqdim edin.

2-ci qrup 

(aktyorluq bacarığı olanlar): – Baş vermiş hadisədən sonra Tomla Bekkinin
görüşünü səhnələşdirin.

3-cü qrup 

(yazıçılıq və ya natiqlik istedadı olanlar): – Baş vermiş hadisədən sonra Tomla
Bekkinin barışıq səhnəsini əks etdirən mətn (nəsrlə) yazın.

Danışma


Müəllim lövhədə cədvəl çəkir. 
Şagirdlər mənfi və müsbət obraza xas keyfiyyətləri sadalayırlar. Bu keyfiyyətlər cədvəlin mü-
vafiq sütunlarında yazılır.

Müəllim:  

–  Bəs elə bir obraza rast gəlmisiniz ki, onun həm müsbət, həm də mənfi
keyfiyyətləri olsun?
Şagirdlərin fikirləri dinlənilir. Müəllim bildirir ki, belə obrazlara ziddiyyətli obraz deyilir. Cırtdan
obrazını xatırladır, onun müsbət və mənfi keyfiyyətlərini sadalamağı tapşırır.
Mətnin 1-ci hissəsi yenidən şagirdlər tərəfindən fərdi şəkildə səssiz oxunur. Bu zaman iş
dəftərinin 19-cu səhifəsindəki 1-ci tapşırıqdan istifadə oluna bilər. Cədvəllərin sol tərəfi (1-ci
hissəni oxu duqdan sonra nə deyə bilərsən?) doldurulur. Daha sonra 2-ci hissə oxunur və
cədvəlin sağ tərəfi doldurulur.
İş dəftərinin 19-cu səhifəsindəki 2-ci və 3-cü tapşırıqlar yerinə yetirilə bilər.  Şagirdlər Tomu,
Alfredi və Bekkini nə üçün müvafiq olaraq müsbət, mənfi və ziddiyyətli obraz adlandırdıqlarını
(tap. 3) mətndən fraqmentlər gətirməklə öz sözləri ilə izah edirlər.

Müəllim: 

–  Tutaq ki, Tom müsbət obrazdır. Bəs onun heç mənfi keyfiyyətləri varmı?
(dəcəlliyi). Alfredin hansı mənfi xüsusiyyətləri var? Bəs Bekkiyə niyə ziddiyyətli obraz deyirik?
Cavablardan sonra şagirdlər Tomun Alfreddən necə qisas alacağı haqqında bir epizod
düşünüb təqdim edirlər. Tomun xarakterinə uyğun daha tutarlı epizod hazırlayan şagirdlər
müəllim tərəfindən daha yüksək qiymətləndirilir. 

Dil qaydaları


Dərsliyin 35-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilir. Şagirdlər 9-cu tapşırığı yerinə
yetirdikdən sonra müəllim bu dil qaydasının ifadə olunmasında şagirdlərə kömək edir: 
– Şəkilçi qəbul edən bəzi sözlərin kökündəki son sait düşür.

Yazı


İş dəftərinin 20-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilə bilər.
Şagirdlər “Tom özünü fəda edir” hekayəsindən özüm üçün çıxardığım nəticə” mövzusunda
inşa yazırlar.

Qiymətləndirmə. 

Müşahidə, yazı işləri, danışma, qrupların təqdimatı, dil qaydaları üzrə
sual və tapşırıqlar əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Mənfi obraz
Müsbət obraz
AİLƏ VƏ MƏKTƏB

Çap üçün deyil



42
Dərs 9. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR (2 saat)
Bu dərsdə dərsliyin 36-cı səhifəsində verilmiş sual və tapşırıqlar yerinə yetirilir, müvafiq
bölmədə tədris olunmuş materiallar təkrarlanır. Bununla yanaşı, müəllim həm özünün ha zır la -
dığı materiallardan, həm də müxtəlif qiymətləndirmə vasitələrindən istifadə edə bilər. Tap -
şırıqların seçimi zamanı bölmədə reallaşdırılmış standartları əsas götürmək lazımdır.
Dərs 10. 1-ci BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV  QİY  MƏTLƏN DİRMƏ (2 saat) 

Dinləmə və yazı üzrə qiymətləndirmə


Dinləmə mətni


EYBƏCƏR ŞƏKİLLƏR


Elmanla Akif qonşu olduqları üçün həmişə məktəbə birlikdə gedib-gəlirdilər.
Akif çox sakit oğlan idi. Elman isə dəcəllik edirdi. O, əlinə keçən kitabların içindəki
şəkilləri eybəcərləşdirirdi. Elman Akifin də bir neçə kitabını bu hala salmışdı. Akif incisə
də, ara larındakı dostluğu pozmamışdı. 
Bir gün müəllim Akifin “Azərbaycan dili” kitabını görüb təəccüblə soruşdu:
– Kitabı bu hala kim salıb?
Akif yavaşca dedi:
– Özüm.
Müəllim narazı halda başını buladı:
– Heç səndən gözləməzdim.
Akif qıpqırmızı qızardı. Elman isə pıqqıltı ilə güldü.
Zəng bayıra vuruldu. Akif sinifdə növbətçi idi. Elmanı çağırıb dedi:
– Sən mənim əvəzimə növbə çək. Su içib gəlirəm.
Elman Akifin partasının üstündəki “Riyaziyyat” kitabını gördü. Cibindən karandaş
çıxarıb şəkilləri qaraladı. Akif qayıdanda kitabı ona uzatdı:
– Gör necədir, xoşuna gəlir?
Akif kitabı vərəqlədi. Eybəcər şəkilləri görüb gülməyə başladı. Elman təəccüblə soruşdu:
– Nəyə gülürsən?
– Gülməli şeyə gülərlər də. Bu ki sənin kitabındır. Çantandan götürmüşəm.
Elman pərt oldu. Kitabı alıb çantasına qoydu. Akif isə fikirləşdi: “Görəsən, bir də o,
başqasının kitabını qaralayacaqmı?”
Elxan Əzizov
Dinləmə mətni üzrə qiymətləndirmə 

(

İş dəftərinin 21-ci səhifəsində də verilmişdir.)
1. Akif aralarındakı dostluğu pozmamaq üçün ...
A) Elmanın səhvini üzünə vurmurdu.
B) Elmana dərsdə kömək edirdi.
C) Elmanın kitabını öz kitabı ilə dəyişdirmişdi.
2. Mətnə uyğun düzgün ardıcıllığı seç.
3. Hadisələrin səbəbini müəyyən et.
1. ..., ona görə də müəllim Akifi danladı.
2. ..., ona görə də  Elman pərt oldu.
4. Nümunəyə əsasən boşluğu doldur.
qıpqırmızı
qızardı
gömgöy
ağardı
qapqara
1. Elman Akifə güldü.
2. Elman “Riyaziyyat” kitabını qaraladı.
3. Elman pərt oldu.   
4. Müəllim Akifi danladı.
5. Elman kitabları qaralayırdı.
1

Çap üçün deyil



:

noduploads -> book
book -> DersliK 9-az new indd
book -> Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Microsoft Word fiz-9 mv az capa docx
book -> L Dərslik komplektinin ümumi prinsipləri
book -> Microsoft Word info-9 mv-aqsh doc
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


zaimen-219-bap-zgertld.html

zaimen-244-4-bappen.html

zaimen-268-bap-zgertld-br.html

zaimen-3-1-tarmashamen.html

zaimen-3-tarma-zgertld.html